Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynanın İstanbulda birbaşa danışıqlar aparmasını təklif edib. Bu barədə məlumatı ölkə liderinin administrasiyası yayıb, xəbər verir DenMedia.az.
Ankara hazırda Moskva ilə aktiv təmasları davam etdirir və görüşün məhz İstanbulda keçirilməsi üçün imkanın açıq qalmasına çalışır.
Prezidentin administrasiyası bildirib:
«Prezident Ərdoğan qeyd edib ki, Türkiyə tərəflər arasında birbaşa təmaslara şərait yaratmaq üçün diplomatik səylərini davam etdirəcək və ədalətli, davamlı sülhün ən qısa zamanda əldə olunmasına çalışacaq».

