ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə birgə mətbuat konfransını nalayiq ifadə ilə bitirib.
Denmedia.az xəbər verir ki, tədbirin yayımı Ağ Evin YouTube kanalında aparılıb.
Konfrans zamanı jurnalistlərdən biri Venesuela prezidenti Nikolas Maduronun ABŞ-la münasibətləri yaxşılaşdırmaq istədiyini və bu məqsədlə “ölkəsindəki hər şeyi təklif etdiyini” xatırladıb.
Tramp isə buna cavab olaraq deyib:
“Siz haqlısınız. Bilirsiniz niyə? Çünki o, ABŞ-la dalaşmaq istəmir,” – deyə ABŞ prezidenti bildirib və bu cümləni kobud ifadə ilə tamamlayıb.
15 oktyabrda Tramp bəyan etmişdi ki, ABŞ Silahlı Qüvvələri Venesueladakı narkokartellərlə əlaqəli quru obyektlərə zərbələr endirmək imkanını nəzərdən keçirir. O, FTB direktoru Keş Patel ilə Ağ Evdə keçirdiyi birgə brifinqdə vurğulamışdı:
“Hazırda əsas diqqətimiz quru hədəflərinə yönəlib, çünki dənizdə onsuz da tam nəzarət bizdədir.”