ABŞ prezidenti Donald Tramp bildirib ki, İrana qarşı əməliyyatda kürdlərin iştirakını istəmir. Bu barədə o, jurnalistlərlə söhbəti zamanı danışıb.
Trampın sözlərinə görə, mövcud müharibə onsuz da kifayət qədər mürəkkəbdir və yeni qüvvələrin cəlb olunması vəziyyəti daha da gərginləşdirə bilər.
Müharibə onsuz da kifayət qədər mürəkkəbdir, kürdləri də bu prosesə cəlb etməyə ehtiyac yoxdur, – deyə Donald Tramp bildirib.
ABŞ lideri qeyd edib ki, kürdlər döyüşlərdə iştirak etməyə hazır olduqlarını göstərsələr də, Vaşinqton onların quru əməliyyatlarına cəlb olunmasında maraqlı deyil. Onun sözlərinə görə, bu qərar münaqişənin daha da genişlənməsinin qarşısını almaq və mümkün itkilərin qarşısını almaq məqsədi daşıyır.

