ABŞ dövlət katibi Marko Rubio Ağ Evdə keçirdiyi mətbuat konfransında İrana qarşı həyata keçirilən “Epic Rage” əməliyyatının başa çatdığını açıqlayıb.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Konqresi məlumatlandırdıqdan sonra əməliyyatın bu mərhələsi yekunlaşıb.
“Epic Rage” əməliyyatı başa çatıb. Prezident Konqresi məlumatlandıran kimi biz bu mərhələni tamamladıq. İndi isə “Project Freedom” əməliyyatına başlamışıq, deyə Rubio bildirib.
“Project Freedom” əməliyyatı İranın Hörmüz boğazını bağlayaraq minalamasından sonra Fars körfəzində bloklanmış ticarət gəmilərinin hərbi müşayiətini nəzərdə tutur. Əməliyyata mayın 4-də start verilib.

