Kuba ilə ABŞ arasında münasibətlər yenidən gərginləşir, Havana hakimiyyəti isə müdafiə tədbirlərini gücləndirir.
Bu barədə Forsal nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ prezidenti Donald Tramp administrasiyası Kubaya qarşı təzyiqlərin sərtləşdirilməsi variantlarını nəzərdən keçirir. Bu variantlar sırasında adanın neft blokadası ehtimalı da yer alır.
Məqalədə qeyd olunur ki, ölkə üzrə müdafiə tədbirləri artırılır:
“Ümumxalq müharibəsi bizim strateji doktrinamızdır. ‘Kapitulyasiya’ və ‘məğlubiyyət’ sözləri isə silinib.”
Forsal vurğulayır ki, ABŞ-ın hərbi fəallığı yalnız Kuba ilə məhdudlaşmaya bilər. Potensial istiqamətlər kimi İran və Venesuela da göstərilir.

