ABŞ administrasiyası bu yay Kubada hakimiyyət dəyişikliyi ehtimalına hazırlaşır və belə bir ssenari üçün hərbi cavab planlarını nəzərdən keçirir. Bu barədə Axios portalı məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp İran ətrafında mövcud vəziyyət nizamlandıqdan sonra diqqətini Havanaya yönəltməyi planlaşdırır.
Ağ Ev iqtisadi sanksiyaların sərtləşdirilməsini davam etdirmək niyyətindədir. Lakin bütün təzyiq vasitələri tükənərsə, Vaşinqton hərbi variantdan istifadəni də istisna etmir.
Bu hazırlıq çərçivəsində ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı artıq adada mümkün fəaliyyətləri yoxlamaq üçün qərargah təlimləri keçirib.
Amerikalı hərbçilər potensial Kuba pilotsuz uçuş aparatları və mümkün kütləvi iğtişaşlara operativ reaksiya üsullarını ətraflı müzakirə ediblər.
Bununla belə, mənbələr vurğulayırlar ki, hazırda birbaşa hərbi müdaxilə planlaşdırılmır. ABŞ administrasiyası həmçinin mümkün müvəqqəti Kuba hökumətinin formalaşdırılması üçün namizədlərlə bağlı hələ yekun qərar verməyib.

