ABŞ Prezidenti Donald Tramp administrasiyası Kubada hakimiyyət dəyişikliyini təşviq etməyə çalışır.
Bu barədə The New York Times qəzeti məlumatlı mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, Vaşinqton Kuba Prezidenti Miguel Diaz-Canelin vəzifədən uzaqlaşdırılmasını istəyir, lakin ölkədə mövcud siyasi sistemin saxlanmasına qarşı çıxmır.
ABŞ tərəfi kubalı danışıqlarçılara prezidentin getməli olduğunu çatdırıb, lakin bundan sonrakı addımların necə atılacağını kubalıların özlərinin müəyyən etməsini istəyib.
Mənbələrin sözlərinə görə, ABŞ hələlik Castro ailəsinə qarşı heç bir addım atmır. Halbuki ölkədə siyasi təsir baxımından əsas fiqurlar hələ də həmin ailənin nümayəndələri hesab olunur.
Bundan əvvəl Donald Tramp jurnalistlərə açıqlamasında Kubanı “ələ keçirməyin” onun üçün şərəf olacağını demişdi.
“Demək istəyirəm ki, onu azad edəcəyəm, yoxsa götürəcəyəm — məncə onunla istədiyim hər şeyi edə bilərəm.”
Bu bəyanat Vaşinqton və Havana arasında gərginliyin yenidən artdığı bir dövrdə səslənib.

