Kuba ABŞ tərəfindən mümkün hərbi müdaxiləyə hazırlaşdığını açıqlayıb. Bu barədə ölkənin xarici işlər nazirinin müavini Karlos Fernandes de Kossio NBC News-a bildirib.
Onun sözlərinə görə, mövcud qlobal vəziyyəti nəzərə alaraq belə hazırlıqların olmaması “sadəlövhlük olardı”.
“Silahlı qüvvələrimiz həmişə hazırdır və hazırda mümkün hərbi aqressiya ehtimalına qarşı hazırlıq görür”, – deyə o vurğulayıb.
Bununla yanaşı, Havana rəsmiləri qeyd ediblər ki, məsələnin sülh yolu ilə həllinə ümid edirlər və işğal üçün real səbəb görmürlər.

