Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, işgüzar səfəri çərçivəsində Azərbaycanda bir sıra mühüm sənədlər imzalanıb.
O, bunu Qəbələdə Prezident İlham Əliyev ilə birgə mətbuat bəyanatında deyib.
“Bu gün 6 sənəd imzaladıq. Nümayəndə heyətlərimiz onların detalları üzrə müzakirələri davam etdirəcək.”
Zelenskinin sözlərinə görə, imzalanan sənədlər arasında təhlükəsizlik məsələləri prioritet istiqamət təşkil edir. O qeyd edib ki, Ukrayna müharibə şəraitində müdafiə sənayesi sahəsində ciddi təcrübə qazanıb və bu bilikləri Azərbaycanla bölüşməyə hazırdır.
“Mütəxəssislərimiz artıq Azərbaycandadır və həmkarlarına dəstək göstərirlər. Bu tərəfdaşlığı davam etdirmək və birgə istehsala başlamaq niyyətindəyik.”

