Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov danışıqlar aparmaq üçün ABŞ-yə gedib.
Bu barədə siyasi dairələrdəki mənbə məlumat verib.
Məlumata görə, Ukraynanın əsas danışıq aparan şəxslərindən biri hesab olunan Umerov hazırda Mayamidədir və onu ABŞ rəsmiləri ilə bir sıra görüşlər gözləyir.
Mənbənin sözlərinə görə, Rüstem Umerov ABŞ səfəri barədə artıq Ukrayna prezidenti Volodimir Zelenskiyə məruzə edib.
Umerov ABŞ-də üç əsas məsələni müzakirə edəcək
Volodimir Zelenski Rüstem Umerovun ABŞ-yə səfərini təsdiqləyib və onun hesabatını dinlədiyini bildirib.
Prezidentin sözlərinə görə, ABŞ-də aşağıdakı məsələlər müzakirə olunacaq:
- humanitar istiqamət, xüsusilə əsir mübadiləsi,
- “ləyaqətli sülhə” yaxınlaşmaq və təhlükəsizliyi təmin etmək üçün diplomatik prosesin aktivləşdirilməsi,
- ABŞ ilə əməkdaşlıq çərçivəsində təhlükəsizlik məsələləri.
Bu gün keçiriləcək görüşlərin nəticələri ilə bağlı ətraflı hesabat gözləyirəm, — deyə Zelenski bildirib.

