Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri başlayıb.
Den.az xəbər verir ki, Ukrayna liderinin təyyarəsi Ankaraya enib.
O, səfəri çərçivəsində bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.
Zelenskinin daha sonra Rusiya ilə danışıqlarda iştirakı gözlənilir.