Ukrayna prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə görüşünü “çox məhsuldar” adlandırıb. Bu barədə o, Telegram kanalında yazıb.
Zelenskinin sözlərinə görə, tərəflər arasında təhlükəsizlik sahəsində strateji razılaşma mövcuddur və bu əməkdaşlıq bir neçə istiqamət üzrə inkişaf etdirilir.
“Konstruktiv əməkdaşlığımızı yüksək qiymətləndiririk. Təhlükəsizlik üzrə üç əsas istiqamətdə strateji razılaşmamız var.”
O qeyd edib ki, bu istiqamətlərə Ukraynanın təhlükəsizlik sahəsində təcrübəsinin — xüsusilə hava hücumundan müdafiə üzrə biliklərin — paylaşılması, enerji əməkdaşlığı və ərzaq təhlükəsizliyi daxildir.

