Vaşinqton Kubanın keçmiş lideri Raul Kastronu ABŞ-a gətirmək üçün mümkün olan hər şeyi edəcək.
Bunu ABŞ baş prokurorunun səlahiyyətlərini icra edən Todd Blanş bildirib.
Onun sözlərinə görə, ABŞ Ədliyyə Nazirliyi tərəfindən ittiham irəli sürülən şəxslərin ölkəyə gətirilməsi sadəcə formal prosedur deyil, əsas məqsəd həmin şəxslərin qanun çərçivəsində ABŞ-a çatdırılması və ədalət mühakiməsi qarşısına çıxarılmasıdır.
“Kastroya gəlincə, ölkə xaricində ittiham irəli sürülən hər bir şəxs kimi, ittihamın məqsədi — bu sadəcə kağız deyil — təqsirləndirilən şəxsi qanuna uyğun şəkildə bu ölkəyə gətirmək və ədalət mühakiməsinə təqdim etməkdir. Adətən biz bunu ekstradisiya yolu ilə edirik, beynəlxalq tərəfdaşlarla işləyirik”, deyə Blanş Fox Newsa müsahibəsində bildirib.
O, Venesuela Prezidenti Nikolas Maduro ilə bağlı vəziyyəti “ekstremal nümunə” adlandırıb. Məlumata görə, Maduro yanvarın əvvəlində keçirilən xüsusi əməliyyat nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb və ABŞ-a aparılıb.
“Biz bunu şou üçün etmirik. Bizə həqiqətən Kastro burada lazımdır. Və onu buraya gətirmək üçün mümkün olan hər şeyi edəcəyik”, deyə Blanş vurğulayıb.

