ABŞ Ədliyyə Nazirliyi Kubanın keçmiş prezidenti Raul Kastroya qarşı ittiham irəli sürməyi planlaşdırır.
Bu barədə Fox News məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, Mayamidə çərşənbə günü keçirilməsi planlaşdırılan mətbuat konfransı 1996-cı il fevralın 24-də baş vermiş insidentin qurbanlarının xatirəsinə həsr olunacaq. Bildirilir ki, tədbir Kastroya qarşı ittiham irəli sürülməsi cəhdləri ilə bağlı olacaq.
Telekanalın məlumatına əsasən, ittiham aktı Böyük jüri tərəfindən təsdiqlənməlidir. Bu, ABŞ hüquq sistemində andlılardan ibarət kollegiyadır və ittihamın irəli sürülməsi üçün kifayət qədər əsasın olub-olmadığını qiymətləndirir.

