ABŞ Kuba inqilabının liderlərindən biri, ölkənin keçmiş rəhbəri Raul Kastroya qarşı rəsmi ittiham irəli sürüb.
Bu, Florida ştatının Cənub Dairəsi üzrə Federal Məhkəməsinin elektron bazasında dərc olunan materiallardan məlum olub.
Məlumata görə, ABŞ prokurorluğu 94 yaşlı Raul Kastronu dörd qətl epizodu, iki hava gəmisinin məhv edilməsi epizodu, həmçinin ABŞ vətəndaşlarının öldürülməsi məqsədilə cinayətkar sövdələşmədə ittiham edir.
Bu iş üzrə Kastrodan başqa daha beş nəfər də cavabdeh qismində keçir.
Kuba Prezidenti Migel Dias-Kanel isə ABŞ hökumətinin Raul Kastroya qarşı irəli sürdüyü ittihamları “uydurma” adlandırıb. Onun sözlərinə görə, bu ittihamların heç bir hüquqi əsası yoxdur və məqsəd Vaşinqtonun Kubaya qarşı mümkün hərbi aqressiyasını əsaslandırmaqdır.

