Venesuelada zəlzələdən sonra La-Quayra ştatının limanında müvəqqəti morq yaradılıb.
Bildirilir ki, dağıntılar altından çıxarılan həlak olmuş şəxslərin meyitləri limana gətirilir. Morqun girişində isə yaxınlarını axtaran insanlar toplaşıb.
Məlumata görə, La-Quayra ştatı zəlzələdən ən çox zərər çəkən bölgələrdən biri olub. Limanda yaxınları tərəfindən artıq tanınan şəxslərin meyitləri üçün plastik qutular hazırlanıb.
Şəxsiyyəti müəyyən edilən həlak olmuş şəxslər sonrakı kremasiya üçün ailələrinə təhvil verilir. Kimliyi müəyyənləşdirilməyən şəxslərin isə dövlət hesabına kremasiya ediləcəyi bildirilir.

