Livanlı jurnalist Amal Xalilin cəsədi İsrail zərbəsindən sonra dağıntılar altından tapılıb.
barədə Reuters agentliyi rəsmi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, jurnalist Livanın cənubundakı evində olub. Bildirilir ki, bina bir neçə hücuma məruz qalıb — əvvəlcə Xəlilə məxsus avtomobil məhv edilib, daha sonra isə zərbələr birbaşa evə endirilib və tikili tamamilə dağıdılıb.
Xilasedicilər dağıntılar altından çıxara bilsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.
Amal Xalil xəstəxanaya çatdırılsa da, artıq həyatını itirdiyi müəyyən edilib.

