Venesuelada baş verən güclü zəlzələ nəticəsində azı 32 nəfər həlak olub, 700 nəfər yaralanıb. Bu barədə ölkə prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Delsi Rodriqes bildirib.
Onun sözlərini yayımlayan VTV telekanalının məlumatına görə, zəlzələdən ən çox La-Quayra ştatı zərər çəkib. Burada onlarla bina dağılıb.
Rodriqes qeyd edib ki, hazırda 32 nəfərin ölümü və 700-dən çox insanın xəsarət alması barədə məlumat var. O əlavə edib ki, bu rəqəmlərə La-Quayra ştatından daxil ola biləcək əlavə məlumatlar daxil deyil.

