Beyləqanda vəzifəli şəxs iş başında ölüb.
Den.az lent.az-a istinadən xəbər verir ki, hadisə 8 saylı ərazi vergi idarəsində baş verib.
Burada kiçik vergi xidməti müşaviri işləyən Ağcabədi şəhər sakini 64 yaşlı Arif Qasım oğlu Qasımlı infarktdan ölüb.
Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.