Azərbaycanda oktyabrın 29-na gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Günün birinci yarısında bəzi ərazilərdə fasilələrlə çiskinli yağış yağacağı ehtimal edilir.
Şimal-şərq və şərq küləyi əsəcək. Paytaxtda havanın temperaturu gecə 13–15, gündüz isə 15–17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunu, nisbi rütubət 65–75 faiz təşkil edəcək.
Rayonlarda isə yağış, şimşək və dolu gözlənilir. Bəzi ərazilərdə yağıntılar qısamüddətli intensiv xarakter alacaq. Yüksək dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə isə duman olacağı ehtimal edilir.
Bölgələrdə mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu rayonlarda gecə 12–16, gündüz 17–20 dərəcə isti, dağlarda isə gecə 0–5, gündüz 5–9 dərəcə isti olacaq.

