Mingəçevirdə 49 yaşlı kişi yaşadığı evdə ölü tapılıb.
Məlumata görə, şəhər sakini Ramiz Mustafayevin meyiti evində aşkarlanıb.
İlkin baxış zamanı meyitin üzərində zorakılıq əlamətləri müəyyən edilməyib.
Ölümün səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

