Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov barəsində məhkəmə hökmü çıxarılıb.
Denmedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Eldar Əmirov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət çevrilişinə cəhddə iştirak etməkdə təqsirli bilinən Əmirov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyevin cinayət işi çərçivəsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqa cəlb olunmuşdu.
Xatırladaq ki, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və digər ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Lakin yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq ona təyin edilmiş cəzanın şərti tətbiq olunması qərara alınıb.

