Bakının Yasamal rayonunda məktəbli qızın ölümü ilə bağlı prokurorluq araşdırmalara başlayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 28-də paytaxtın 225 nömrəli tam orta məktəbinin VII sinif şagirdi binanın dördüncü mərtəbəsindən yıxılıb.
Aldığı xəsarətlər nəticəsində məktəbli həyatını itirib.
Hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi məqsədilə Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

