Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə birincilikləri başlayıb.
Milli Gimnastika Arenasında keçirilən yarışların ilk günündə aerobika gimnastikası üzrə yeniyetmə qızlar arasında bütün medalları Azərbaycan millisinin üzvləri qazanıblar.
Ayan Ağayeva qızıl, Əminə Mustafayeva gümüş, Aydan Məlikova isə bürünc medala sahib olub.
Oktyabrın 27-də start götürən yarışlar bu gün də davam edir.

