Türkiyənin NOW telekanalında yayımlanan “Sevdam Karadeniz” serialının ekran həyatı gözləniləndən tez başa çatır.
Meltem Akçöl və Erdem Adilcenin baş rollarını paylaşdığı, Trabzonda çəkilən serial reytinqlərdə istənilən nəticəni əldə edə bilmədiyi üçün erkən final qərarı verilib.
Böyük ümidlərlə yayıma başlayan ekran işinin üçüncü bölümü də tamaşaçı marağını artıra bilməyib. Serial Total kateqoriyasında 1,25 reytinqlə 23-cü, AB qrupunda 0,79 reytinqlə 30-cu, ABC1 kateqoriyasında isə 1,01 reytinqlə 27-ci yerdə qərarlaşıb.

Əvvəlki həftə ilə müqayisədə bütün kateqoriyalarda reytinq itkisi yaşayan serialın taleyi artıq müəyyənləşib.
Qərara əsasən, “Sevdam Karadeniz” noyabrın 2-də yayımlanacaq dördüncü bölümü ilə tamaşaçılarla vidalaşacaq.
Erkən final xəbəri sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Serialın davam etməsini istəyən izləyicilər qərara etiraz edərək ekran işinə daha bir şans verilməsini tələb ediblər.

