Naxçıvan şəhərində yeniyetmənin bıçaqlanması ilə nəticələnən hadisə baş verib.
Denmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Məlumata görə, mübahisə zamanı 2010-cu il təvəllüdlü Oktay Rövşən oğlu İsmayılov Xəyal Sərxan oğlu Əliyev tərəfindən bıçaqlanıb.
Xəsarət alan yeniyetmə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən Xəyal Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

