Pakistanın şimal-qərbində törədilən terror aktı nəticəsində azı 9 hərbçi həlak olub, 20-dən çox hərbçi yaralanıb.
Bu barədə Sinxua agentliyi məlumat yayıb.
Hadisə Xayber-Paxtunxva əyalətinin Bacaur rayonunda baş verib. Agentliyin məlumatına görə, kamikadze terrorçu minalanmış avtomobillə hərbi düşərgənin ərazisinə daxil olub və partlayıcı qurğunu işə salıb.
Partlayışdan sonra silahlılar hərbçilərə atəş açıblar. Cavab atəşi nəticəsində hücum edənlərdən bir neçəsi məhv edilib.

