Aktyor və aparıcı Oktay Kaynarca ilə bağlı pərəstişkarlarını narahat edən xəbər yayılıb.
61 yaşlı məşhur aktyorun qida zəhərlənməsi keçirdiyi və səhər saatlarında xəstəxanaya aparıldığı öyrənilib.
Akif Yamanın məlumatına görə, narahatlıqdan sonra Kaynarcaya qısa müddətdə müdaxilə edilib, lazımi müayinələr aparılıb və o, müalicə altına alınıb.
Vəziyyətinin ciddi olmadığı, tətbiq edilən müalicədən sonra Kaynarcının səhhətinin yaxşılaşdığı bildirilib.

