ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların davam edəcəyini bildirib və Tehranın “hərbi məhvini” öz administrasiyasının uğurları sırasına daxil edib.
Amerika liderinin Truth Social sosial şəbəkəsində yayımlanan bəyanatına görə, ABŞ “Tramp administrasiyasının 16 təsirli ayı” ərzində dünyaya “inanılmaz yüksəliş” nümayiş etdirib.
O, administrasiyasının uğurları arasında “Venesuelada hərbi qələbə və inkişaf edən münasibətləri”, həmçinin “İranın hərbi məhvini” qeyd edib.
Tramp İranla bağlı bildirib:
Davamı olacaq!
ABŞ Prezidenti əlavə edib:
Prezident Si məni belə qısa müddətdə əldə edilən bu qədər böyük uğurlara görə təbrik etdi.
Tramp vurğulayıb ki, iki il əvvəl, Co Baydenin prezidentliyi dövründə ABŞ “tənəzzüldə olan ölkə” idi.
O bildirib:
Bu məsələdə Prezident Si Cinpinlə tam razıyam! Amma indi Birləşmiş Ştatlar dünyanın ən cəlbedici ölkəsidir və ümid edirəm ki, Çinlə münasibətlərimiz əvvəlkindən daha möhkəm və daha yaxşı olacaq.
Qeyd edək ki, ABŞ Prezidenti 13-15 may tarixlərində Çində səfərdədir.

