İsti havada buz kimi soyuq su içmək damar spazmına səbəb ola bilər. Bu barədə dietoloq Olqa Redina xəbərdarlıq edib.
O, “Podmoskovye Segodnya” internet nəşrinə açıqlamasında bildirib ki, isti havada ən yaxşı seçim otaq temperaturunda adi içməli sudur.

Redina qeyd edib:
İsti havada ən yaxşı içki otaq temperaturunda adi içməli sudur. Çoxlarına elə gəlir ki, buz kimi su daha yaxşı sərinlədir, amma əslində o, damar spazmlarına və orqanizmə əlavə yükə səbəb ola bilər.
Mütəxəssis diqqətə çatdırıb ki, isti havada insan tər vasitəsilə çox maye itirir. Buna görə də dietoloqun sözlərinə görə, gün ərzində orta hesabla 2-3 litr maye qəbul etmək lazımdır.

