Mayın 14-nə keçən gecə Havananın bəzi rayonlarında kortəbii etirazlar başlayıb.
Bu barədə ABŞ-da fəaliyyət göstərən Kuba informasiya portalı Cubanet şahidlərə istinadən məlumat yayıb.
Paytaxt sakinləri “qazan yürüşləri” keçiriblər. Onlar mətbəx əşyalarını bir-birinə vuraraq küçələrə çıxıb, hakimiyyətdən evlərdə elektrik təchizatını bərpa etməyi və insanları ərzaqla təmin etməyi tələb ediblər.
Etirazlar zamanı hökumət əleyhinə şüarlar da səsləndirilib. Bəzi rayonlarda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalar baş verib.
Havana, bütün Kuba kimi, artıq uzun müddətdir dərin enerji böhranı şəraitində yaşayır. Ölkə paytaxtında növbəli elektrik kəsintiləri 20-24 saata çatır. Hər gün adanın 40-60 faizi işıqsız qalır.

