Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ-a İran münaqişəsində yardım təklif edib. Bunu ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində bildirib.
O, Çin nümayəndələri ilə danışıqların son dərəcə müsbət və məhsuldar keçdiyini də qeyd edib.
Ağ Ev rəhbəri bildirib:
O dedi: “Əgər hər hansı şəkildə kömək edə bilərəmsə, kömək etmək istərdim”.
Tramp həmçinin Amerika və Çin xalqları arasında əlaqələri zəngin və möhkəm adlandırıb. O, Si Cinpini ABŞ-a səfərə də dəvət edib.

