Abşeronda oğul əmisi ilə birləşib atasının məzilini soymaqda ittiham olunur.
“Den.az” xəbər verir ki, hadisə Masazır kəndində Abdulla Şaiq 10 ünvanında baş verib.

Mənzil sahibi Ayaz Əliyevin sözlərinə görə, o yoldaşı ilə rayondan qayıdanda mənzilin talan edildiyini görüblər. Bu barədə dərhal polisə məlumat veriblər. Abşeron rayon Polis İdarəsinin əməkdaşları ilə birgə evə baxış keçirilib. Mənzildən oğurluq edildiyinin və illərdir yığdığı 12 min manatın aparıldığının şahidi olublar. Ayaz Əliyev hətta bu hadisənin kim tərəfindən törədildiyinidə əminliklə ifadə edib. O, iddia edib ki, hadisəni 43 yaşlı qardaşı Gündüz Əliyev və 17 yaşlı öz oğlu Məhəmməd Əliyev törədib.
Qeyd edək ki, Ayaz Əliyev ikinci dəfə ailə həyatı qurub və bu nigahdan bir uşağı var. Hadisənidə məhz birinci nigahdan olan 17 yaşlı oğlu Məhəmməd Əliyev qısqanclıqdan törətdiyini deyib. Əlavə edib ki, bu yaxınlarda onun rayonda kamaz markalı yük maşınıda qardaşı tərəfindən oğurlanıb. Oğlu isə evdən 12 min manatı götürdüyünü etiraf edib və onu ölümlə hədələyib.
Ayaz Əliyev hazırda qardaşı ilə küsülü olduğunu bildirib. Məhz ona görə ki, qardaşı onu qolundan bıçaqlayıb.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır