Sumqayıt şəhərinin 10-cu mikrorayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, avtomobil 1956-cı il təvəllüdlü Samir Süleyman oğlu Süleymanovu vurub.
Ağır xəsarətlər alan kişi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlanılıb.

