Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, Vəliyev Vidadi Rəhim oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil piyada Qasımova Almaz Adil qızını vurub.
Qəza nəticəsində ağır xəsarət alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.

