Amerikalı milyarder İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin çoxsaylı insanın ölümünə səbəb olduğunu iddia edib.
Denmedia.az xəbər verir ki, Mask bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, agentliyin onilliklər ərzində hakimiyyət dəyişikliyi və seçkilərə müdaxilə vasitəsi kimi istifadə olunduğuna dair paylaşımı dəstəkləyib.
Bununla belə, milyarder səsləndirdiyi ittihamları təsdiqləyən heç bir konkret fakt təqdim etməyib.
Qeyd edək ki, USAID ABŞ hökumətinin xarici ölkələrə qeyri-hərbi yardım proqramlarının idarə olunmasına cavabdeh olan müstəqil agentliyi kimi fəaliyyət göstərib.

