Qazax rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az apa-ya istinadən xəbər verir ki, rayon ərazisində hərəkətdə olan “Ford Transit” markalı avtomobillə minik avtomobili toqquşub.
Qəza nəticəsində 1968-ci il təvəllüdlü M. Qaraxanova, 1993-cü il təvəllüdlü A. Alıyeva, 2019-cu il təvəllüdlü Ş. Alıyev və 1970-ci il təvəllüdlü G. Alıyeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralılara ilkin tibbi yardım göstərilib. Hazırda onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.

