Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+90 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya kubokunun final mərhələsinə qələbə ilə başlayıb.
Denmedia.az xəbər verir ki, milli komandamızın üzvü 1/4 finalda polşalı Yakub Domuradı 4:0 hesabı ilə məğlub edib.
Yarımfinala yüksələn Abdullayev ən azı bürünc medalı təmin edib.
Azərbaycan millisi altı gün davam edəcək turnirdə iki boksçu ilə təmsil olunur. Nəbi İsgəndərov (70 kq) da medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Daşkənddə keçirilən yarış “World Boxing” təşkilatının 2026-cı il dünya kuboku seriyasının yekun turniridir. Yarışın əvvəlki mərhələləri Braziliya və Çində keçirilib. Hər çəki dərəcəsində səkkiz ən güclü idmançı mübarizə aparır.

