Bakının Xocasən qəsəbəsində 48 yaşlı qadın uçan hasarın altında qalaraq həlak olub.
Hadisə Sollər küçəsində baş verib.
Belə ki, Samirə Nasir qızı Nuriyeva küçə ilə hərəkət edərkən boş torpaq sahəsinin ətrafına daşdan hörülmüş hasar qəfil onun üzərinə aşıb.
Qadın aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

