Bakıda mağaza və evdən ümumilikdə 4620 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlanıb.
Məlumata görə, Sabunçu rayonunda yerləşən mağazalardan birindən 2620 manatlıq qızıl-zinət əşyalarının oğurlanması faktı qeydə alınıb.
Polisin keçirdiyi tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən mağaza əməkdaşı Ş. Əsədova saxlanılıb.
Bundan başqa, Yasamal rayonunda evlərdən birindən 2000 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən N. Rəsulov da müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

