Göyçay rayonunda “QAZel” markalı yük avtomobili yanaraq külə dönüb.
Hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, yük avtomobili qəfil alışaraq yanmağa başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri cəlb olunub və yanğın söndürülüb. Lakin buna baxmayaraq, avtomobil tamamilə yanıb.
Faktla bağlı araşdırma aparılır.

