Ağstafa rayonunda partlamamış hərbi sursatın partlaması nəticəsində xəsarət alan 43 yaşlı kişinin vəziyyəti orta ağır qiymətləndirilir.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, yaralı noyabrın 15-də saat 15:20 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə çatdırılıb.
Partlayış nəticəsində kişinin bədəninin müxtəlif nahiyələrində termiki yanıqlar və sağ bud nahiyəsində cırılmış yara əmələ gəlib.
“Pasiyentə zəruri tibbi yardım göstərilib. Əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir”, – deyə TƏBİB-dən bildirilib.

