Bakının Nizami rayonunda avtobus piyadanı vuraraq öldürüb.
Denmedia.az report-a istinadən xəbər verir ki, hadisə Xəlil Rza Ulutürk küçəsində baş verib.
Belə ki, Əliəddin Qulumalı oğlu Yusifov idarə etdiyi avtobusla hərəkətdə olarkən piyada Oqtay Əliyusif oğlu Rzayevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində həlak olub.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

