Naxçıvanda bədbəxt hadisə baş verib.
Denmedia.az xəbər verir ki, Babək rayonunun Nehrəm qəsəbəsində yük avtomobili hasarın ətrafına yük boşaldarkən daş hasar uçub. Uçqun nəticəsində bir nəfər altında qalaraq ölüb.
Hadisə yerinə aidiyyəti qurumlar cəlb olunub və araşdırma aparılır./APA

