İyulun 2-nə keçən gecə Kiyevə edilən hücum münaqişə başlayandan bəri Ukrayna paytaxtına qarşı ən kütləvi hücum olub.
Bu barədə Kiyev meri Vitali Kliçko Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, paytaxt üçün gecə çox ağır keçib. Kliçko bildirib ki, Kiyev ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alınıb.
“Kiyev üçün dəhşətli gecə oldu. Düşmənin ən kütləvi hücumu idi — paytaxta ballistik və qanadlı raketlərlə, eləcə də PUA-larla zərbələr endirildi”, — deyə mer qeyd edib.
Kliçko bildirib ki, fövqəladə hallar xidmətləri hücumun nəticələrinin aradan qaldırılması üçün hadisə yerlərində işlərini davam etdirirlər.

