Uzunluğa tullanma üzrə Avropa çempionu Petar Daçev Bolqarıstanda kokain qaçaqmalçılığına görə həbs edilib.
Den.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası məlumat yayıb.
İdmançı təxminən 5 milyon leva dəyərində olan 30 kq kokainin daşınmasında iştirak edib.
Məhkəmə onun həbsdə saxlanmasına qərar verib.

 
        
        
 
                     
                     
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                