Bakıda məktəbdə faciə baş verib. 225 nömrəli tam orta məktəbin VII sinif şagirdi dördüncü mərtəbənin pəncərəsindən yıxılaraq həyatını itirib.
Hadisə oktyabrın 28-də qeydə alınıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, hadisədən dərhal sonra məktəb rəhbərliyi təcili tibbi yardım çağırıb. Lakin şagird aldığı ağır xəsarətlər nəticəsində vəfat edib.
Baş verənlərlə bağlı uşağın ailəsinə və aidiyyəti dövlət qurumlarına məlumat verilib.
Faktla bağlı araşdırma aparılır, hadisənin hansı şəraitdə baş verdiyi müəyyənləşdirilir.
Təhsil İdarəsi ictimaiyyətə müraciət edərək faciənin müzakirəsi zamanı həssaslıq nümayiş etdirməyə və yalnız rəsmi məlumatlara istinad etməyə çağırıb.

