Qax rayonunda yük avtomobili ilə sərnişin mikroavtobusunun toqquşması nəticəsində mikroavtobus yoldan çıxaraq dərəyə aşıb.
Denmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Ləkit kəndi ərazisində baş verib.
İlkin məlumata görə, hərəkətdə olan yük maşını “Mercedes” markalı sərnişin mikroavtobusuna arxadan çırpılıb. Güclü zərbənin təsirindən içərisində sərnişinlərin olduğu mikroavtobus yoldan çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində heç kim ciddi xəsarət almayıb.
Qeyd olunur ki, yük maşınının yük yerində digər avtomobillər daşınıb.
Faktla bağlı araşdırma aparılır.

