Fransa hakimiyyətinin Prezident Emmanuel Makron üçün Paris ətrafında gizli bunker hazırladığı iddia olunur.
“The Daily Telegraph” qəzetinin fransalı jurnalistlərin kitabına istinadən yaydığı məlumata görə, bunker etirazçıların Yelisey sarayını ələ keçirməsi ehtimalına qarşı nəzərdə tutulub.
Nəşr yazır ki, Fransa rəsmiləri etiraz hərəkatının daha da genişlənməsindən, xüsusilə növbəti prezident seçkilərindən sonra mümkün iğtişaşlardan narahatdırlar.
Kitab müəlliflərinin iddiasına əsasən, Paris polisinin rəhbəri Patris For mümkün üsyana hazırlıq məqsədilə dəfələrlə müşavirələr keçirib.
Jurnalistlər həmçinin bildirirlər ki, Fransa hakimiyyəti hökumətin süqutu ehtimalını nəzərə alaraq qoşunların yerləşdirilməsi planını hazırlayıb.
Bundan başqa, mümkün müqavimət qüvvələrinin maliyyələşdirilməsi üçün gizli fondun yaradıldığı da ehtimal edilir.

