“Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır”.
Denmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşımında bildirib.
“Altı il əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli, müdrik liderliyi ilə və şəhidlərimizin qanı bahasına torpaqlarımız işğaldan azad edildi, otuz ilə yaxın davam edən Qarabağ və Şuşa həsrətinə son qoyuldu”, – deyə o vurğulayıb.
Hikmət Hacıyev bu gün doğma Şuşada qalib dövlətin vətəndaşı kimi dayanmağın misilsiz duyğu olduğunu qeyd edib.
“Allah şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır!” – deyə Prezidentin köməkçisi paylaşımını yekunlaşdırıb.

